Türkiyə Respublikası müdafiə sənayesi sahəsində xarici ölkələrdən asılılığını sürətlə azaltmaqdadır.
İLK 10 AzərTAc-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan
Sakariya şəhərində çıxışı zamanı bu barədə geniş məlumat verib.
Prezident diqqətə çatdırıb ki, AKP hakimiyyətə gələn dövrlərdə
Türkiyə müdafiə sənayesi məhsulları ilə daxili tələbatın 20 faizini
təmin edirdi. Hazırda bu göstərici 68 faizə yüksəlib. Dövlət başçısı
qeyd edib ki, bu sahədə daha ciddi tədbirlər görülməkdədir.
Qeyd edək ki, Türkiyə istehsal etdiyi “ATAK” helikopterlərini Pakistana, pilotsuz uçuş aparatlarını isə Ukraynaya satmaq üçün alıcı tərəflərlə müqavilə imzalayıb.
Comments