Qazaxıstan "Astana"sının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın "Qarabağ"a dönüşünə münasibət bildirib.
İlk 10 report.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis deyib ki, 30 yaşlı braziliyalı yarımmüdafiəçinin paytaxt klubunu tərk etməsinə heyfslənir:
"Almeyda
ilə daha çox işləyə bilmədiyim üçün təəssüflənirəm. O, hörmətlə
yanaşdığım çox yaxşı futbolçudur. Bundan sonra birgə çalışmayacağımıza
görə heyfsilənirəm. Ancaq onun seçiminə hörmətlə yanaşıram və uğurlar
arzulayıram".
Qeyd edək ki, Riçard Almeyda ötən mövsümün sonunda tərk etdiyi “Qarabağ”a 1 illik icarə əsasında qayıdıb.
Comments