Əncir necə qurudulur? - - 2 SADƏ ÜSUL

Your Ads Here

İnsan orqanizmi üçün şəfalı meyvələrdən biri də əncirdir. Soyuq qış aylarında qurudulmuş əncir yemək daha faydalıdır.
İLK 10 əncir qurutmağın 2 fərqli üsulunu təqdim edir:
1. Günəşdə əncir qurutmaq
Bu üsul təbii olduğu üçün daha çox seçilir. İlk olaraq əncirləri bol su ilə yuyun. Yuduğunuz əncirlərin suyunu təmiz dəsmal ya da salfetka ilə təmizləyin. Meyvələrin hava alması üçün qurudacağınız qabın üstünə tənzif sərin. Daha sonra əncirləri üzərinə düzüb tənziflə üstünü örtün. Sinini günəş dəyən yerə qoyun. 2-3 saatdan bir yoxlayaraq qurudun. Bu üsulla əncirlər 3-5 gün ərzində quruyacaqdır. Hər iki tərəfinin yaxşıca quruması üçün əncirləri çevirməyi unutmayın. Ənciri sıxdığınızda suyu çıxmırsa və yumşaqdırsa deməli, quruyub.

2. Sobada əncir qurutmaq
Əncir qurutmağın ən asan digər üsulu isə sobada qurutmaqdır. 43-46 dərəcədə 12 saat ərzində nəzarət edərək quruda bilərsiniz. Qurutduqdan sonra bir çay qaşığı nişasta əlavə edib saxlayın.

Your Ads Here

Your Ads Here

Your Ads Here

Your Ads Here

Newer Posts Newer Posts Older Posts Older Posts

Daha Maraqlı

Your Ads Here

Şərhlər yüklənir ......