Balığın təzə olub-olmadığını necə bilək? - - 5 VACİB ÜSUL

Your Ads Here

Havaların soyuması ilə balıq mövsümü başlayır. Balıq insan orqanizmi üçün faydalı qidalardan biridir. Balığın faydalarından yararlanmaq üçün alarkən təzə olmasına diqqət etmək lazımdır.
İLK 10 "Mynet.com"a istinadla bildirir ki, balıq alarkən təzəliyini yoxlamaq üçün gözlərinə baxmaq lazımdır. Əgər balığın gözləri çölə doğru çıxıbsa və parlaqdırsa, deməli o təzədir. Köhnə balığın gözləri içəri girmiş vəziyyətdə olur.
Balıq seçərkən qəlsəmələri qırmızı olanı seçin. Köhnə balığın qəlsəmələri narıncı rəngdə olur. Təzə balığı başından tutub qaldırdığınızda quyruğu dik qalacaq. Köhnəsində isə əksinə.
Balıq alarkən qoxusuna da diqqət edin. Təzə balıqda azca dəniz qoxusu olur. Ancaq köhnə balıq sərt, pis qoxu verir.
Digər üsul isə balığın üzərinə barmağınızı basıb saxlamaqdır. Əgər barmağınızı çəkdiyinizdə hər hansı iz, çökmə olmasa deməli bu balıq təzədir.
Balıq alarkən təzəliyini pulcuqlarından anlaya bilərsiniz. Balığı əlinizə aldığınızda pulcuqları tökülmürsə, deməli təzədir.
Your Ads Here

Your Ads Here

Your Ads Here

Your Ads Here

Newer Posts Newer Posts Older Posts Older Posts

Daha Maraqlı

Your Ads Here

Şərhlər yüklənir ......