Gürcüstan-Rusiya sərhədində yük maşınlarının hərəkəti yenidən qadağan edilib.
İlk 10 AzərTAc-a istiadən xəbər verir ki, buna səbəb güclü qar yağması,
yolların buz bağlaması və Yuxarı Lars yolunda, xüsusən də bəzi tunellərə
yaxın ərazilərdə qar uçqunu təhlükəsinin artmasıdır.
Hazırda yolda 100-ə yaxın yük avtomobili dayanıb. Yolun nə vaxt açılacağı məlum deyil.
Yüngül minik avtomobillərinin hərəkəti bərpa olunsa da, sərhəddə
tıxac yaranıb. Rusiya tərəfi Gürcüstandan gələn avtomobilləri və
sərnişinləri qrip virusu ilə əlaqədar yoxlayır, bəzi təhlükəsizlik
tədbirləri həyata keçirilir.
Comments