"Mənim üçün heç nə dəyişməyib. Bura mənim
evim, ailəmdir. Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla
birlikdə uğurlar qazanım və “Qarabağ”ın bir parçası olum"
İLK 10 Ağdam klubunun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın “Astana” komandasından “Qarabağ”a keçən Azərbaycan millisinin futbolçusu Riçard Almeyda deyib.
“Azarkeşlərə
göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki,
komandamız üçün ən yaxşısını etməyə çalışacağam”, - deyə Almeyda
vurğulayıb.
Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi 2017/18 mövsümünün sonunda Ağdam klubundan ayrılaraq Qazaxıstanın “Astana” klubuna keçmişdi.
Comments